Məxfilik siyasəti

MƏXFİLİK SİYASƏTİ

Hazırkı Məxfilik Siyasəti (bundan sonra-Məxfilik Siyasəti) Fərdi məlumatlar haqqında Azərbaycan Respublikasinin Qanununun tələblərinə uyğun olaraq tərtib edilmişdir və  fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi ilə bağlı münasibətlər üzrə tədbirləri müəyyən edir

Hazırkı Məxfilik Siyasəti onlayn mağazanın veb saytından, proqramlardan və onlayn mağazanın məhsullarından istifadə edərkən "Online Azerbaijan"  internet mağaza (bundan sonar-internet mağaza) tərəfindən istifadəçi haqqında  əldə olunmuş bütün məlumatlar üçün etibarlıdır. 

1. TERMİN VƏ ANLAYIŞLAR

1.1. Bu Məxfilik Siyasətində aşağıdakı terminlərdən istifadə olunur:

1.1.1. İnternet-mağaza saytının Administrasiyası (bundan sonra-Sayt Administrasiyası) -fərdi məlumatların işlənilməsini və toplanılmasını təşkil edən və (və ya) həyata keçirən təşkilatın adı ilə fəaliyyət göstərən, habelə şəxsi məlumatların işlənilməsini və toplanılmasını məqsədlərini, şəxsi məlumatların tərtib edilməli olan şəxsi məlumatların tərkibini, şəxsi məlumatlarla bağlı həyata keçirilən hərəkətləri (əməliyyatları) müəyyən edən saytın idarə edilməsində Səlahiyyətli əməkdaşlar.

1.1.2. fərdi məlumatlar — şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat.

1.1.3. fərdi məlumatların işlənilməsi — fərdi məlumatlar üzərində aparılan əməliyyatlar (fərdi məlumatların yazılması, sistemləşdirilməsi, təzələnməsi, dəyişdirilməsi, çıxarılması, adsızlaşdırılması, saxlanması, ötürülməsi, məhv edilməsi).

1.1.4. fərdi məlumatların konfidensiallığı - Operator və ya şəxsi məlumatlara çıxış əldə etmiş digər şəxsin fərdi məlumatların subyektinin razılığı və ya digər qanuni əsas olmadan onların yayılmasına yol verməməsinin məcburiliyi.

1.1.5. İnternet-mağazanın saytının istifadəçisi (bundan sonra istifadəçi) -İnternet şəbəkəsi vasitəsilə sayta çıxışı olan və internet-mağazanın saytından istifadə edən şəxs.

1.1.6. Cookies -Veb-server tərəfindən göndərilən və istifadəçinin kompyuterində saxlanılan məlumatların kiçik bir fraqmenti,hansı ki, hər dəfə veb-serverdə http-sorğuda müvafiq saytın səhifəsini açmaq istəyərkən veb-müştəri və ya veb-brauzer tərəfindən göndərilir.

1.1.7. IP Ünvan - IP protokolu əsasında qurulmuş kompüter şəbəkəsindəki qovşağın rəqəmlərdən ibarət unikal şəbəkə ünvanı.


2. ÜMUMİ MÜDDƏALAR

2.1. İnternet-mağazanın istifadəçisinin saytdan istifadəsi onun hazırki Məxfilik Siyasəti və istifadəçinin fərdi məlumatlarının işlənilməsi şərtləri ilə razılaşmsı deməkdir.

2.2. İstifadəçi hazırki Məxfilik Siyasətinin şərtləri ilə razılaşmadıqda internet-mağazanın saytından istifadəni dayandırmalıdır.

2.3. Sayt administrasiyası internet-mağazanın saytının istifadəçisinin təqdim etdiyi fərdi məlumatların həqiqiliyini yoxlamır və istifadəçi tərəfindən təqdim olunmuş səhf məlumatlar üçün məsuliyyət daşımır.


3. MƏXFİLİK SİYASƏTİNİN PREDMETİ

3.1. Hazırki Məxfilik Siyasəti İstifadəçinin internet-mağazanın saytında qeydiyyatdan keçərkən və ya malların alınması üçün sifarişin rəsmiləşdirilməsi zamanı Sayt Administrasiyasının sorğusu əsasında təqdim etdiyi fərdi məlumatların məxfiliyinin qorunması və təmin edilməsi üzrə öhdəlikləri müəyyən edir.

3.2. Hazırki Məxfilik Siyasəti çərçivəsində toplanılması və işlənilməsi üçün icazə verilən fərdi məlumatlara istifadəçi tərəfindən internet-mağazanın saytında qeydiyyat formasını doldurarkən təqdim etdiyi aşağıdakı məlumatlar aiddir:

3.2.1. İstifadəçinin soyadı, adı, atasının adı;

3.2.2. İstifadəçinin əlaqə telefonu;

3.2.3. İstifadəçinin e-poçt ünvanı (E-mail);

3.2.4. Sifarişlərin çatdırılma ünvanı;

3.2.5. İstifadəçinin yaşayış yeri;


4. FƏRDI MƏLUMATLARIN IŞLƏNİLMƏSİNİN MƏQSƏDLƏRİ

4.1. Sayt Administrasiyası İstifadəçinin şəxsi məlumatlarını aşağıdakı məqsədlərlə istifadə edə bilər:

4.1.1. İnternet-mağazanın saytında qeydiyyatdan keçmiş İstifadəçinin eyniləşdirilməsi, sifarişin rəsmiləşdirilməsi və (və ya) malların alqı-satqı müqaviləsinin internet-mağazadan distant üsulla bağlanması üçün;

4.1.2. İstifadəçiyə internet-mağazanın saytının fərdiləşdirilmiş resurslarına çıxış imkanı təqdim etmək;

4.1.3. internet-mağaza saytının istifadəsi ilə bağlı bildiriş və sorğuların, xidmətlərin göstərilməsi,sorğu və ərizələrin cavablandırılması;

4.1.4. Təhlükəsizliyin təmin edilməsi, dələduzluğun qarşısının alınması üçün istifadəçinin yerləşdiyi yerin müəyyən edilməsi;

4.1.5. İstifadəçinin təqdim etdiyi şəxsi məlumatların düzgünlüyünün və tamlığının təsdiq edilməsi;

4.1.6. Əgər İstifadəçi Şəxsi-hesab yaratmasına razılıq veribsə, alış-veriş etmək üçün Şəxsi-hesab yaratmaq üçün;

4.1.7. Sifarişin vəziyyəti haqqında istifadəçiyə məlumat verilməsi;

4.1.8. Ödənişlərin emalı və alınması, verginin və ya vergi güzəştlərinin təsdiq edilməsi, ödənişin mübahisələndirilməsi, istifadəçi tərəfindən kredit xəttinin alınması hüququnun müəyyən edilməsi;

4.1.9. İnternet-mağazanın saytından istifadə ilə bağlı problemlər yarandıqda İstifadəçiyə keyfiyyətli müştəri xidmətləri və texniki dəstək göstərilməsi;

4.1.10. İstifadəçinin razılığı ilə, Məhsulun yenilənməsi, xüsusi təkliflər, qiymətlər, xəbər göndərişləri və internet-mağazanın adından və ya internet-mağazanın tərəfdaşları adından digər məlumatların təqdim edilməsi;

4.1.11. İstifadəçinin razılığı ilə reklam fəaliyyətinin həyata keçirilməsi;

4.1.12. İstifadəçiyə məhsulların, yeniliklərin və xidmətlərin alınması məqsədi ilə internet-mağazanın partnyorlarının saytlarına və ya xidmətlərinə girişin təmin edilməsi;


5. FƏRDİ MƏLUMATLARIN İŞLƏNİLMƏSİNİN ÜSULLARI VƏ MÜDDƏTLƏRİ 

5.1. İstifadəçinin şəxsi məlumatlarının işlənməsi müddətin məhdudiyyəti olmadan, istənilən qanuni üsulla, o cümlədən fərdi məlumatların informasiya sistemlərində avtomatlaşdırma vasitələrindən istifadə etməklə və ya belə vasitələrdən istifadə etmədən həyata keçirilir.

5.2. İstifadəçi razılaşır ki, sayt administrasiyası fərdi məlumatları yalnız istifadəçinin sifarişinin yerinə yetirilməsi məqsədilə kuryer xidmətlərinə, poçt rabitəsi təşkilatlarına, elektron rabitə operatorlarına, internet-mağazasının saytında rəsmiləşdirilmiş malların çatdırılması məqsədi ilə vermək hüququna malikdir.

5.3. İstifadəçinin fərdi məlumatları Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının səlahiyyətli orqanlarına yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslarla və qaydada verilə bilər.

5.4. Fərdi məlumatların itirilməsi və ya açıqlanması halında Sayt Administrasiyası İstifadəçini Fərdi məlumatların itirilməsi və ya açıqlanması barədə məlumatlandırmalıdır.

5.5. Sayt Administrasiyası istifadəçinin şəxsi məlumatlarının qanunsuz və ya təsadüfi müdaxilədən qorunması, məhv edilməsi, dəyişdirilməsi, bloklanması, surətinin çıxarılması, yayılması, habelə üçüncü şəxslərin qanunsuz hərəkətlərindən qorunması üçün zəruri təşkilati və texniki tədbirlər görür.

5.6. İstifadəçi "şəxsi məlumatların işlənməsinə razılığın geri alınması" adı altında [email protected] site•com elektron ünvanına elektron poçt vasitəsilə Sayt Administrasiyasına bildiriş göndərməklə fərdi məlumatların (müəlliflik hüquqları İnternet mağazaya aid olan video və audio materiallar istisna olmaqla) işlənilməsinə dair razılığını istənilən vaxt geri götürə bilər və bu məlumatların silinməsini tələb edə bilər.Bu halda istifadəçinin şəxsi hesabı silinir.


6. TƏRƏFLƏRİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ

6.1. İstifadəçinin öhdəlikləri:

6.1.1. İnternet-mağazanın saytından istifadə etmək üçün zəruri olan fərdi məlumatları təqdim etmək;

6.1.2. Fərdi məlumatlarda dəyişiklik olduğu təqdirdə bu barədə Sayt Administrasiyasına məlumat vermək;

6.2. Sayt Administrasiyasının öhdəlikləri:

6.2.1. Əldə edilmiş məlumatlardan yalnız bu Məxfilik Siyasətinin 4-cü bəndində göstərilən məqsədlər üçün istifadə etmək;

6.2.2. Fərdi və məxfi informasiyanın gizli saxlanılmasını təmin etmək, İstifadəçinin əvvəlcədən yazılı icazəsi olmadan yaymamaq, həmçinin hazırki Məxfilik siyasətinin 5.2 və 5.3-cü  bəndlərinin şərtləri  istisna olmaqla, İstifadəçinin fərdi məlumatlarının satışını, mübadiləsini, dərc edilməsini və ya digər mümkün üsullarla yayılmasını həyata keçirməmək;

6.2.3. İstifadəçinin fərdi məlumatlarının məxfiliyinin qorunması üçün, adətən, mövcud işgüzar dövriyyədə bu cür məlumatların qorunması üçün istifadə olunan qaydaya uyğun olaraq, ehtiyat tədbirləri görmək;

6.2.4. İstifadəçinin və ya onun qanuni nümayəndəsinin, yaxud fərdi məlumatların subyektlərinin hüquqlarının müdafiəsi üzrə səlahiyyətli orqanın yoxlama müddətində müraciəti və ya sorğusu anından, düzgün olmayan şəxsi məlumatlar və ya qanunsuz hərəkətlər aşkar edildikdə müvafiq istifadəçiyə aid fərdi məlumatların bloklaşdırılmasını həyata keçirmək;


7. FƏRDI MƏLUMATLARIN TRANSSƏRHƏD ÖTÜRÜLMƏSI

7.1. Fərdi məlumatların transsərhəd ötürülməsi aşağıdakı hallarda qadağan edilir:

7.1.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyi üçün təhdid yaratdıqda;

7.1.2. Fərdi məlumatların ötürüldüyü ölkənin qanunvericiliyi həmin məlumatların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səviyyədə hüquqi mühafizəsini təmin etmədikdə;

7.1.3. İstifadəçini fərdi məlumatların transsərhəd ötürülməsinə razılıq verdiyi, habelə fərdi məlumatların ötürülməsinin istifadəçinin həyat və sağlamlığının qorunması üçün zəruri olduğu hallarda fərdi məlumatların transsərhəd ötürülməsi onların hüquqi mühafizəsi səviyyəsindən asılı olmayaraq həyata keçirilə bilər;


8. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ

8.1. Öz öhdəliklərini yerinə yetirməyən Sayt Administrasiyası hazırki Məxfilik Siyasətinin 5.2,5.3. və 7.2.bəndində nəzərdə tutulan hallar istisna olmaqla, fərdi məlumatların qanunsuz istifadəsi ilə əlaqədar İstifadəçinin çəkdiyi zərərə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır.

8.2. Aşağıdakı hallarda fərdi məlumatların itməsi və ya açıqlanması halında Sayt Administrasiyası məsuliyyət daşımır:

8.2.1. Həmin məlumatlar itmədən və açıqlanmadan əvvəl açıq kateqoriyalı fərdi məlumatlara ai idi isə və ya sonradan açıq kateqoriyalı fərdi məlumatlara aid edilmişdirsə;

8.2.2. Sayt Administrasiyası tərəfindən alındığı anadək üçüncü tərəfdən alınmışdırsa;

8.2.3. İstifadəçinin razılığı ilə açıqlanmışdırsa;

8.2.4. fərdi məlumatların verilməsi subyektin həyat və sağlamlığının qorunması məqsədləri üçün lazım olduqda və onun razılığını təxirə salınmadan almaq mümkün olmadıqda;


9. MÜBAHİSƏLƏRİN HƏLLİ

9.1. İnternet-mağazanın saytının istifadəçisi ilə Sayt Administrasiyası arasında yaranan mübahisələr üzrə iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl, mübahisənin qarşılıqlı razılaşma ilə həll edilməsi barədə yazılı tələbin (pretenziya) irəli sürülməsi mütləqdir.

9.2. Tələblərə alındığı gündən etibarən 30 təqvim günü müddətində baxılır və baxılmasının nəticələri barədə ərizəçiyə yazılı məlumat verilir.

9.3. Razılaşma əldə edilmədikdə, mübahisəyə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmələrdə baxılır.

9.4. Bu Məxfilik Siyasətinin müddəaları,o cümlədən istifadəçi və Site Administrasiyası arasında əlaqələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyi tənzimlənir.


10. YEKUN MÜDDƏLAR

10.1. Sayt administrasiyası istifadəçinin razılığı olmadan bu Məxfilik Siyasətinə dəyişiklik etmək hüququna malikdir.

10.2. Yeni məxfilik siyasəti, əgər məxfilik siyasətinin yeni redaksiyasında ayrı qayda nəzərdə tutulmayıbsa, onun internet-mağazanın saytında yerləşdirildiyi andan qüvvəyə minir.

10.3. Bu Məxfilik Siyasəti ilə bağlı bütün təkliflər,iradlar və ya suallar internet-mağazanın saytının müraciət bölməsinə göndərilməlidir.

10.4. Hazırki Məxfilik Siyasəti saytında yerləşdirilib.