Təlimçi
Murad Aliyev
Toplam tələbə sayı -
4
Kateqoriyalar -
2
Haqqımızda
Murad Əliyev Baloğlan oğlu
2000-ci ildə Sumqayıt şəhərində anadan olmuşam.
2006-2017-ci illərdə Sumqayıt şəhər H.Aslanov adına 22 Nömrəli tam orta məktəbdə təhsil almışam. 2017 məktəbi əla qiymətlərlə bitirib, Azərbaycan Dillər Universitetinə ingilis dili müəllimliyi ixtisasına qəbul olmuşam.
2017-ci ildə keçirilən Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə Beynəlxalq Konfransın üzvü olmuşam.
2018-cı ildə 5-11 fevral tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı Mingəçevirdə keçirilən "Liderlik Məktəbi"ndə iştirak edərək,bu məktəbi 1-ci dərəcəli sertifikatla bitirmişəm.
2018-ci ilin may ayında Azərbaycan Dillər Universitetinin təşkilatçılığı keçirilən Beynəlxalq elmi konfransda "Assimilation in English and Azerbaijani ( İngilis və Azərbaycan dilində Assosiasiya)" adlı elmi məqalə ilə çıxış etmişəm.
2019-ci ildə Heydər Əliyevin anım gününə həsr olunmuş Beynəlxalq Elmi Konfransda "Organization of educational work with talented children (İstedadlı uşaqlarla təlim-tərbiyə işinin təşkili)" adlı məqalə ilə çıxış etmişəm.
2020-ci ildə imtahan verərək Beynəlxalq IELTS sertifikatını əldə etmişəm.
2020-ci ildə çap edilmiş "English Grammar Tests" və "English Grammar with different methods" adlı kitabların müəllifiyəm.