Təlimçi

Elşad Rzayev

Toplam tələbə sayı - 4

Kateqoriyalar - 3

Haqqımızda

Elşad Rzayev 1986-ci il Bakı şəhərində dünyaya gəlmişəm. Şahmatla 6 yaşımdan məşğul oluram.1993-cu ilden yarışlara qatıldım. 1996-1997 illərdən Bakı və Respublika yarışlarında oynamışam. 2002-ci ildə Respublika komanda yarışlarında Binəqədi rayon komandası tərkibində 2-ci yer tutmuşam.2006-ci ildən məşqçiliklə məşğul olmağa başladım. 2006-2008 illərde 2-sayli Səbail şahmat məktəbində məşqçi müəllim  işləmişəm.2009-2013-cu illərdə Xızı rayon şahmat məktəbində baş-məşqçi olmuşam. 2013-2015 illərdə Sankt-Peterburqda məşqçilik və professional şahmata davam etmişəm. 2015- cil ildən Xəzərr Universiteti Dünya Məktəbində çalışıram. 2018-ci ildə təsis olunan Xəzər Universiteti Sahmat Akademiyasında məşqçi müəllim işləmişəm. 2008-ci ildə İdman ustalığına namizəd, 2014-cu ildən şahmat üzrə FIDE ustasıyam. 2016-ci ildən Azərbaycan İdman Jurnalistləri Asossiasiyasının və Beynəlxalq İdman Asossiasiyasının üzvüyəm. Yeni başlayan şahmatçılar üçün testlər kitabının müəllifiyəm. Onlarla  4-3-2-1 ci dərəcəli şahmatçılar hazırlamışam. Tələbələrim 2009-2014 illərdə zona çempionu və mükafatçıları olmuşlar. 12 yaşadək qızlar arasında 2 qat AZE çempionu hazirlamışam. Tələbələrim Dünya və Avropa çempionatlarında , eləcədə beynəlxalq yarışlarda iştirak edərək mükafatlar qazanmışlar.

teacher