Təlimçi

Qubad Cəbrayılov

Toplam tələbə sayı - 3

Kateqoriyalar - 1

Haqqımızda

Mən, Cəbrayılov Qubad Heybət oğlu 29 may 1988-ci ildə Bakı şəhərində anadan olmuşam. 1995-2006-cı illərdə Bakı şəhəri Nərimanov rayonu 212 saylı tam orta məktəbdə təhsil almışam. 2007-2011-ci illərdə Bakı Avrasiya Universitetinin filologiya fakültəsində “Türk dili” ixtisası üzrə bakalavr təhsili almışam. 2011-2012-ci illərdə hərbi xidmətdə olmuşam. 2012-2014-cü illərdə Qafqaz Universitetinin filologiya fakültəsində “Ədəbiyyatşünaslıq (türk dili üzrə)” ixtisası üzrə magistr təhsili almışam. 2016-2019-cu illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin əyani doktorantı olmuşam. Doktorant olduğum müddətdə “OĞUZ QRUPU TÜRK DİLLƏRİNDƏ ƏŞYA ANLAYIŞI VƏ ONUN İFADƏ VASİTƏLƏRİ” adlı dissertasiya mövzusunu bitirmişəm və müdafiəyə hazırlaşıram. Mövzumla bağlı 7 (yeddi) məqalə, o cümlədən xaricdə 2 (iki) məqaləm və 2 (iki) tezis çap edilmişdir. 1 (bir məqalə) və 2 (iki) tezis çap edilmişdir. 2017-ci ildən bu günədək Bakı Avrasiya Universitetində türk dili müəllimi vəzifəsində çalışıram. Habelə fərdi olaraq türk dilini əcnəbi və azərbaycanlı tələbələrə tədris edirəm. 2015-ci ildən bu günədək türk dili tərcüməçisi vəzifəsində çalışıram. Azərbaycan Dövlət Tərcümə Mərkəzi ölkədə dil və tərcümə işinin təkmilləşdirilməsi, dillər və sahələr üzrə peşəkar mütəxəssislərin müəyyən edilməsi istiqamətində keçirdiyi seçim turlarında Azərbaycan-türk, türk-Azərbaycan dili üzrə Mərkəzin sertifikatına layiq görülmüşəm. Evliyəm. Bir qız övladım var.

teacher